Axtarış...

Bu gedişat genişmiqyaslı müharibəyə aparır - GƏLİŞMƏ

Bu gedişat genişmiqyaslı müharibəyə aparır - GƏLİŞMƏ
"Ukrayna xarici işlər naziri Dmitriy Kuleba beynəlxalq aləmə çağırış edərək ölkənin şərqində gərginliyi artırmaq istəyən qüvvələri qınamağı xahiş edib. Məsələ burasındadır ki, il başlayandan bu yana Ukraynanın 23 hərbçisi həlak olub. Sonuncu insident zamanı separatçıların açdıqları atəş nəticəsində 4 ukraynalı hərbçi həlak olmuşdu. Separatçılar atəşkəsi özbaşına pozmurlar, onlara əmr verənlər var".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan şahinoğlu bildirib.

O qeyd edib ki, bu gedişat genişmiqyaslı müharibəyə aparır:

"Ukrayna prezidenti “Normand dördlüyünü” (Ukrayna, Fransa, Almaniya və Rusiya) toplaşmağa çağırıb. 4 ölkənin lderi onlayn formatında görüşüb və Donbasdakı durumu müzakirə edəcəklər. Ancaq çətin ki, nəticə olsun. Rusiya hakimiyyəti Ukraynanın toparlanmasını və sabitliyini istəmir. Ona görə atəşkəs tez-tez pozulur. Kreml hər yerdə olduğu kimi separatçıların əli ilə qonşu dövlətin ərazi bütövlüyünü şübhə altına alır".

Politoloqun sözlərinə görə, Kreml Avropadan ədalət istəyir və deyir ki, Rusiyaya qarşı yanlış siyasət həyata keçirirsiniz:

"Avropadan Moskvaya deyəndə ki, axı Siz Krımı ilhaq etmisiz, cavab bu olur ki, bunun Sizə dəxli yoxdur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Koreyaya ayaq basdığı gün Şimali Koreyanın diktatoru Yaponiyaya tərəf raket atdı. Lavrov Seulda nədən istəsən danışdı, bircə Şimali Koreyanın raket atmasına münasibət bildirmədi. Çünki Şimali Koreyanı qınamaq Kremlə sərf etmir. Və ya bütün dünya Myanmarda hərbi çevrilişi həyata keçirənləri qınayır, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə hərbi çevrilişdən bir neçə gün əvvəl Myanmara gedərək yerli generallarla saziş imzalayır, bu ölkəyə hərbi texnika satacağını vəd edir. Myanmar generalları ötən şənbə günü hərbi parad zamanı etirazçılara atəş açmaq əmrini verirlər, 114 nəfər qətlə yetirilir, paradı izləyənlər arasında isə Rusiya xarici işlər nazirinin müavini də olur. Budur Moskvanın siyasəti. İndi də Ukraynada “yarımçıq qalan planlarını” reallaşdırmaq istəyirlər".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz