Türkiyədə son sutka ərzində daha 66 nəfər koronavirusdan ölüb.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 315 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 109 985 nəfərdən 1 648-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 298 039 nəfərə çatıb.
Müalicə olunan 1 143 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 263 745 nəfər təşkil edir".