Axtarış...

Türk generaldan “S-400” açıqlaması: “İkisini də Azərbaycana verək” - İLGİNC GƏLİŞMƏ

Türk generaldan “S-400” açıqlaması: “İkisini də Azərbaycana verək” - İLGİNC GƏLİŞMƏ
Türkiyə və Amerika arasında yaşanan “S-400” gərginliyi dalana dirəndiyi bir zamanda Türkiyə Ordusunun istefada olan general-polkovniki Ərdoğan Qaraquş ilginç açıqlama ilə çıxış edib.

Yenicag.az xəbər verir ki, Qaraquş “İndependent Türkçe”yə verdiyi müsahibəsində Türkiyənin Amerika ilə münasibətlərini normallaşdırması baxımından Rusiyadan aldığı “S-400” Zenit Raket Kompleksini bu ölkənin razılığı ilə başqa bir ölkəyə verə biləcəyini qeyd edib.

Ərdoğan Qaraquş “S-400”lərin verilə biləcəyi ilk ölkə kimi Azərbaycanın adını çəkib.

“Erməni lobbisi ABŞ-da “müdhiş” bir şəkildə işləyir. Bu lobbi tez bir zamanda Ermənistanı silahlandırıb Azərbaycana hücum etmək üün hazırlıq görür. Əlimizdə iki ədəd “S-400” var. İkisinin də Azərbaycana verilməsi rəsmi Bakını daha da gücləndirəcək. Heç olmasa, gələcək təhlükəni aradan qaldırar. Buna Rusiya da icazə verə bilər. Çünki ABŞ ilə sürtüşmə davam etdiyi zaman Rusiya ilə də münasibətlərdə düzəlmə olmur. 2-3 gün əvvəl Kilisə, İdlibə roket atdılar. Belə şəraitdə ABŞ və Rusiya bir-birini müdafiə edir. Hər ikisinin Türkiyə ilə münasibəti pis olduğundan, “Onsuz da o birisi ilə münasibəti pisdir, mən istədiyimi edim”, – deyir. Bunu bir fürsət olaraq görüb Türkiyəyə qarşı müxtəlif əngəllər yarada bilirlər”, – deyə Qaraquş bildirib.

General-polkovnik “S-400”ləri Azərbaycana verib qarşılığında neft-qaz ala biləcəklərini vurğulayıb:

“Azərbaycanın “S-400”ləri qəbul edəcəyni düşünürəm. Bunun qarşılığında da qaz və ya neft alarıq. Azərbaycanın qarşısında Ermənistan gücləndirməyə çalışırlar. “S-400” Amerika üçün hər zaman bəhanə olub. Bundan başqa erməni lobbisi ABŞ-ni Ermənistana soxmaq üçün bəhanələr axtarır və onun silah yardımı etməsi üçün müəyyən cəhdlər edir”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz