Ankara və Vaşinqton qapalı qapılar arxasında Rusiyanın S-400 zenit-raket sistemlərini işə salmayacağı barədə razılıqları ola bilər.
KONKRET.az xəbər verir ki, bu fikri respublikanın keçmiş baş naziri Əhməd Davudoğlu səsləndirib.
Siyasətçi nəticələrin Amerika tərəfinin açıqlamaları əsasında tərtib edildiyini deyib.
“Yeni Çağ” qəzetinin jurnalistinə verdiyi müsahibədə sabiq baş nazir bildirib ki, Ankara plana görə aprel ayında hava hücumundan müdafiə sistemini işə salmalıydı, ancaq bu, baş tutmayıb.
May ayının əvvəlində Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Türkiyənin koronavirus pandemiyasına baxmayaraq, Rusiyanın S-400 zenit raket sistemlərini yerləşdirdiyini söyləyib.
O, komplekslərin bir hissəsinin iş üçün artıq hazır olduğunu vurğulayıb.