“İstintaqın bir versiyasına görə, 48 yaşlı Qırmızı Bazar qəsəbəsi sakini Vrej Poqosyan Novruz münasibətilə azərbaycanlılar tərəfindən qaçırılaraq yandırılıb”.
Moderator.az xəbər verir ki, hazırda bu böhtan və yalan dolu versiya sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə olunur.
“Hansı birgəyaşayışdan danışa bilərik. Xatırladım ki, türklərin bu gün "kafir”ləri yandırmaq adəti var. Məqsəd yalnız birdir - ermənilərin öz vətənlərinə kökünü kəsmək” – üzdəniraq şərqşünas Karen Ohannisyan “Facebook”-da belə yazıb
Qeyd edək ki, dünən –martın 21-də Xankəndindəki separatçı xuntanın qanunsuz “polis”i Qırmızı Bazar qəsəbə sakininin yanmış cəsədinin tapılması haqda məlumat yayıb. Guya o, martın 20-də saat 23:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.
P.S. Sözsüz ki, böhtan, yalan, saxtakarlıq ermənilərin öz xislətində də var. Ancaq 10 Noyabr atəşkəs razılaşmasından bəri azərbaycanlılara, türklərə qarşı belə xəbərlərin yayılmasında “erməni məsələsi”nin, Qarabağ “münaqişəsi”nin birdəfəlik bitməsini, bölgədə sülhün, sabitliyin bərqərar olmasını istəməyən üçüncü qüvvələrin də böyük rolu ola bilər. Hətta belə olayları ermənilərin özləri vasitəsilə təşkil edə də bilərlər... 33 il öncəki kimi Sumqayıt olaylarında olduğu kimi...