Axtarış...

Türkiyədə bütöv bir kənd yanır - Video+Yenilənib

Türkiyədə bütöv bir kənd yanır - Video+Yenilənib


Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın ətrafa yayılıb.

Millitv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın hazırda 50 evi əhatə edir.

Yanğınla bağlı ölkənin daxili işlər nazirinin köməkçisi İsmail Çataklı açıqlama yayıb:

“170 evli Dərəiçi kəndində başlayan yanğın digər evlərə də sıçrayıb”.

Artvin valiliyi ilə yanğının kəndin böyük hissəsini təhdid edən ölçüdə olduğunu bildirib və bunu fəlakət adlandırıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yanğınsöndürən helikopter tələb olunub.

Hazırda bu istiqamətdə iş aparılır. İnsan tələfatı yoxdur
***
Dərəiçi kəndində bir evdə başlayan yanğın 60 evə yayılıb. Küləyin əsməsi yanğının geniş miqyas almasına səbəb olub.

Artvin valisi Yılmaz Doruk bildirib ki, yanğın 17:30-dan etibarən nəzarətə götürülüb:

“Ancaq təhlükənin keçdiyini demək olmaz. Ətraf evlərdə yaşayanlar təxliyyə edilib”.



Şərh yaz