Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 238 959 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5230 nəfərdir.
Ölkədə son sutka ərzində 8 595, hazırkı dövrədək isə 2 690 711 test aparılıb.
Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 608 nəfərin nəticələri pozitiv çıxmışdı.