Axtarış...

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 155 nəfər sağalıb, 2 nəfər vəfat edib


MilliTV.az

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz