Azərbaycanda son sutkada koronavirusa 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 231 649 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib, aktiv xəstə sayı 2 360 nəfərdir.
Ölkədə son sutka ərzində 7 315, hazırkı dövrədək isə 2 478 223 test aparılıb.