Azərbaycanda son sutkada koronavirusa 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 232 636 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3190 nəfər vəfat edib, aktiv xəstə sayı 2175 nəfərdir.
Ölkədə son sutka ərzində 7 216, hazırkı dövrədək isə 2 528 610 test aparılıb.