Axtarış...

VƏTƏN, YURD SEVGİSİ İLƏ YAŞAYAN ŞAİR

İnsanların dərk edə bilmədiyi elə şeylər var ki, şair onu dərk edir və ona mənalar verir sözə, misralara çevirə bilir. Bəzi insanların duya bilmədiklərini, onlar tez duyurlar, görürlər, hiss edirlər. Amma deyə bilmirlər. Odur ki, onlar deyə bilmədikl ərini nəzmə, misraya çevirirlər.

Rasim Hikmət Şəkidə doğulub, uzun illərdir Bakıda yaşayır. Onun Vətən, yurd sevgisi ilə bağlı çoxlu şeirləri vardır. Bu şeirlərdən biri də doğma yurduna həsr etdiyi “Şəki” şeiridir.


VƏTƏN, YURD SEVGİSİ İLƏ YAŞAYAN ŞAİR
  • Həsrətindəyəm



    Dağların qoynunda adın çəkilir,
    Dağ tək vüqarlısan, vüqarım Şəki.
    Daim məhəbbətin ürəyimdədir,
    Mən sənə bağlıyam bir övlad təki.

    Göz açtım o eldə, o obada mən,
    Sən məni böyütdün başa yetirdin.
    Ana təbiətin söz qüdrətindən,
    Qəlbimə nur saldın, hikmət gətirdin.

    Hər an ürəyimdə səni düşünür,
    Səndə ayrı düşüb bu yollarımız.
    Arzular sinəmdə daşa dönübdür,
    İstərəm qayıda o çağlarımız.

    Açıl ey Günəşim, açıl sabahım.
    Hələ açılmayan arzulaırm var.
    Bir bəndə düşübdür ömür karvanım,
    Məni bu zamanın əlindən qurtar!



Hazırlayan: Mirzəağa Məmmədli
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz