“Azərbaycanda heç bir nazirlik resursları gəlirə çevirə bilmir. Bəs, görəsən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi resursları gəlirə çevirə bilirmi? Məncə, xeyr, resursları gəlirə çevirə bilmirlər. Əslində, Azərbaycanda heç bir nazirlik resursları gəlirə çevirə bilmir. Çünki birinci amil qeyri-şəffaf fəaliyyət, ikincisi isə onların belə bir məqsədinin olmamasıdır..”
Bu sözləri iqtisadçı-ekspert Toğrul Maşallı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin fəaliyyəti barədə PİA.AZ-a şərh edərkən qeyd edib. Bir müddət əvvəl məlum olub ki, 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xərclə başa vurub. Nazirliyin xərcləri 216,302 milyon manat, o cümlədən maliyyə yardımları və sair transferlər üzrə xərcləri 212,658 milyon manat, əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 2,725 milyon manat, sair əməliyyat xərcləri 649 min manat, amortizasiya xərcləri 161 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri isə 109 min manat təşkil edib. Bunun müqabilində 216,162 milyon manat gəlir əldə edib. Bunun 177,292 milyon manatı birja əməliyyatlarından, 38,87 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub. Beləliklə, qurumun xərcləri gəlirlərini 140 min manat üstələyib. Nazirliyin xərcləri gəlirlərindən çox olduğun görə ortaya belə bir sual çıxır: Nazirliyin qənaətsiz xərcləri çoxdur, yoxsa resursları gəlirə çevirə bilmirlər? Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallıya müraciət edib.
Nazirliklərin ölkə resurslarını gəlirə çevirə bilmədiyi deyən ekspertə görə, bunun əsas səbəbi nazirliklərin qeyri-şəffaf fəaliyyətidir və bu səbəbdən də onlar qarşılarına belə bir məqsəd qoymurlar:
“Bəs, görəsən, Nazirlik resursları gəlirə çevirə bilirmi? “Məncə, xeyr, resursları gəlirə çevirə bilmirlər. Əslində, Azərbaycanda heç bir nazirlik resursları gəlirə çevirə bilmir. Çünki birinci amil qeyri-şəffaf fəaliyyət, ikincisi isə onların belə bir məqsədinin olmamasıdır. Yəni onlar bir çox hallarda hər şeyi əlavə gəlirlər hesabına yox, büdcə hesabına yerinə yetirməyə çalışırlar. Amma, fikrimcə, *başqa bir nazirlik çalışacaq ki, il-ildən gəlir əldə etsin.
lk öncə qeyd etmək lazımdır ki, onların bir çox şirkətləri çox da mənfəət əldə etmirlər. Bu yaxın dövrlərə kimi onların şirkətləri hətta, mənfəət gətirə bilmirdilər. Əgər dövlət büdcəsinə də baxsaq, bunu görə bilərik. Lakin bu ildən başlayaraq, qayda qoyulub ki, dövlət büdcəsinə ayrılacaq vəsaitin həcmi o şirkətlərin bülletenləri ilə bağlıdır. Yəni onlar nə qədər bülleten ödəyəcəklərsə, müvafiq məbləğdə də Nazirliyə vəsait ayrılacaq. Deyə bilərik ki, bu şirkətlər 1 ildən sonra qazanc əldə edə bilərlər. Amma bundan əvvəlki dövrlərdə nə “Azintelecom”, nə “Baktelecom”, nə də “Azərpoçt” kimi şirkətlər mənfəət əldə etməyə çalışmırdılar. Məsələn, sonuncu ilin hesabatına baxsaq, görərik ki, “Azərpoçt”un keçən illərdə mənfəəti var idi, lakin onlar da 2018-ci ili zərərlə bitiriblər. Eynilə, digər şirkətlər də vəziyyət belədir. Yalnız o şirkətlər gəlir gətirir ki, onlar bazarda fəaliyyət göstərirlər. Məsələn, “Azərtelecom” kimi. Digərləri isə dövlət xidmətlərini həyata keçirirlər və mənfəət əldə etməyi düşünmürlər. Amma, fikrimcə, bu, sadəcə keçən ilin hesabatıdır. Bu ildən isə onların hamısı mənfəət əldə edəcəklər.
Nazirliyin qənaətsiz xərcləri üçünsə deyə bilərəm ki, əslində bütün təşkilatlar qeyri-şəffafdır. Məsələn, teleradio şirkəti və digərlərinin fəaliyyəti qeyri-şəffafdır. Əlbəttə, bir çox əsas şübhələr yarana ki, onlar xərclərini düzgün yönəltmirlər, müqavilələri düzgün imzalamırlar və s. Ümumiyyətlə isə bu şirkətlər o qədər də fəaliyyətlə məşğul deyillər ki, onların mənfəətləri də çox güclü olsun. Nazirlik isə onların mənfəətlərini, gəlirlərini əldə etmir. Nazirlik şirkətlərin mənfəətlərini əldə edir, lakin gəlirlərini etmir. Nazirliyin gəlirləri və xərcləri bir qədər başqadır.