İmşli şəhər, Şıxlınskli küçəsi ev 8-də yaşayan Musayev Təbriz Mulkəddin oğlunun Conflict.az-a müraciəti olduqca ilginc və dqqətçəkicidir. Şikayətçi bildirir ki, İmişli rayon bazarında fəhlə kimi çalışır. 07.05.2017-ci il tarixdə, axşam saatlarında, özünə məxsus avtomobili ilə yaşadığı evə gələrkən, YPX əməkdaşı Hikmət Paşayev hər hansı bir səbəb olmadan onun avtomobilini saxlatdırıb. Saxlanılmağının səbəbini soruşanda polis əməkdaşı bildirib ki, “maşını təzə almısan niyə şirinlik vermirsən?”
- Xatırladım ki, təqaüdçü atamla köməkləşib, bir müdət əvvəl 2000 azn-ə köhnə avtomobil almışam. Hikmət Paşayevin nəzərinə çatdırdım ki, siz məni tanıyırsınız, mən həmişə sizin - yəni polislərin maşınını yumuşam. Bilirsiniz ki, gündəlik 10 manata işləyirəm. Bu gün bir qəpik belə qazanmamışam. Cəmi üç manatım var. Həmin 3 manatı Hikmət Paşayevə verdim. O maşından düşüb pulu üstümə atdı ki, mən dilənçiyəm? Sonra bildirdi ki, sən içmisən. İnzibati xətalar məcəlləsinin 333.1-ci maddəsi ilə xəta törətmisən. Mən ondan İmişli rayon xəstəxanasına aparılmağımı tələb etdim. Məni İmişli MRX-də Cahangir Firdovsi oğlu Zeynlaov müayinə etdi. Tibbi akt tərtib edildi. 161№-li aktda qeyd olundu ki, mən içkili deyiləm. Buna baxmayaraq İmişli rayon DYP-də mənimlə bağlı polis mayoru İmanyarov Eldəniz ispəndiyar oğlunun imzası ilə akt tərtib edildi. Aktda qeyd edilir ki, İnzibati Xətalar məcəlləsnin 333.1 bəndinə əsasən mən 400 azn cərimə olunuram. AP№ 0124053 №-li protokoldan şikayət etmək üçün İmişli rayon DYP şöbəsinin rəisi ilə görüş cəhdim alınmadı. Sonra mən İmişli rayon PŞ-nin rəisi Füzuli Şıxəliyevlə görüşdüm. Üzləşdiyim problemlə bağlı PŞ rəisinə müraciətimə onun reaksiyası isə məni daha çox təəccübləndirdi. Rəis bildirdi ki, xəstəxananaın tərtib etdiyi akt bizim üçün keçərli deyil. Əsas bizim öz protokolumuzdur.
Məsələnin araşdırılması üçüçn İmişli rayon prokurorluğuna müraciət edən şikayətçi əgər rayonda hüquqlarının bərpası mümkün olmazsa, o halda, ölkə başçısına müraciət edəcək.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.