Axtarış...

Azərbaycanda məktəbdə 8 Martla bağlı "bəyannamə": - "Minimum 100 manat olmalıdır"

Azərbaycanda məktəbdə 8 Martla bağlı "bəyannamə": - "Minimum 100 manat olmalıdır"

Sosial şəbəkələrdə Bakıda yerləşən orta məktəbdə 8 Marta pul yığılması ilə bağlı "bəyannamə"nin hazırlanmasına dair fotolar yayılıb.
Yeniavaz.com com xəbər verir ki, yayılan fotolarda "bəyannamə"nin 11-ci siniflər üçün nəzərdə tutulduğu və bir neçə bənddən ibarət olduğu görünür. Belə ki, "bəyannamə"də qeyd olunub ki, bu il sonuncu ildir və buna görə də müəllimləri təbrik etmək lazımdır. Bununla yanaşı, qiymət bu il daha yüksək, minimum 100 manat olmalı, pul verilməzsə 5 Oktyabrda olduğu kimi müəllimlər şagirdlərin qiymətini kəsəcəklər və s. kimi maddələr "bəyannamə"də öz əksini tapıb.
İddialara görə, "bəyannamə" 106 nömrəli məktəbin müəllimlər tərəfindən hazırlanıb. Fotolarda "bəyannamə"nin 18 fevral 2021-ci il tarixində tərtib olunduğu qeyd olunub.
Azərbaycanda məktəbdə 8 Martla bağlı "bəyannamə": - "Minimum 100 manat olmalıdır"

Məsələ ilə bağlı 106 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbdən Yeniavaz.com-a bildirildi ki, bu boş və gülməli bir şeydir, belə bir “bəyannamə” yoxdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz