Axtarış...

Azərbaycanca-ermənicə danışıq kitabçası çapdan çıxdı

Azərbaycanca-ermənicə danışıq kitabçası çapdan çıxdı

Bir neçə gün əvvəl Azərbaycanca-ermənicə danışıq kitabçası nəşr edilib.

Kult.az xəbər verir ki, müəllifi Baba Sədiyev olan kitab 16 kateqoriya olaraq hazırlanıb.

Kitabda "Tanışlıq", "Dil bilmək, danışmaq", "Məşğuliyyət növləri", "Ailə, yaş", "Müraciət formaları", "Görüşmə, vidalaşma", "Dəvət", "Arzu, xahiş", "Razılıq, təşəkkür", "İnam, inamsızlıq", "Müsahibin təklifinə razılıq, narazılıq, etiraz bildirmək", "Məsləhətlər, təkliflər", "Təsəlli, şəfqət", "Telefon söhbəti", "Yad (özgə) şəhərdə", "Tanımadığımız adamlara müraciət" bölmələri yer alıb.

Qeyd edək ki, Danışıq kitabçası "Qafqazşünaslıq" ixtisası üzrə təhsil alan tələbə, magistranlar və bu sahədə ixtisaslaşmış şəxslər üçün nəzərdə tutulub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz