Axtarış...

Aqrar Sığorta Fondu Türkiyənin “Türk Re” şirkəti ilə razılıq əldə edilib



Aqrar Sığorta Fondunun nümayəndələri Türkiyədə səfərdə olub.

Fonddan verilən məlumata əsasən, nümayəndə heyəti aqrar sığorta sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün İstanbul şəhərində səfərdə olublar.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı Sığortaları sistemi TARSİM-də, eləcə də “Türk Re” dövlət təkrar sığorta qurumu və başqa təşkilatlarda görüşlər keçirib.

Görüşlərdə aqrar sığorta sahəsində təcrübə mübadiləsi, təkrar sığorta risklərinin ötürülməsi ilə bağlı tariflər və digər məsələlər müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq Türkiyənin “Türk Re” dövlət şirkətinin Azərbaycanda aqrar sığorta risklərinin yerləşdirilməsi üzrə müqavilədə iştirak etməsi ilə bağlı razılıq əldə edilib.

Xatırladaq ki, Azərbaycanca kənd təsərrüfatı risklərini dövlətin dəstəyi ilə güzəştli şərtlərlə sığortalamağa imkan verən aqrar sığorta sistemi Türkiyənin dəstəyi və TARSİM sisteminin uğurlu təcrübəsindən istifadə edilməklə yaradılıb və noyabrın ayının əvvəlindən fəaliyyətə başlayıb.

İlk aqrar sığorta müqaviləsi noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin və TARSİM təşkilatının rəhbərliyinin iştirakı ilə imzalanıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz