Axtarış...

"Cənnət" MTK-dan ŞİKAYƏT OLUNDU... - "...məni pulumu verib aldığım mənzilə buraxmırlar"

"Cənnət" MTK-dan ŞİKAYƏT OLUNDU... - "...məni pulumu verib aldığım mənzilə buraxmırlar"

Şamaxı rayonu, Muğanlı kənd sakini Rəsulov Amin Fəxrəddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, mən Abşeron rayonun Aşağı Güzdək qəsəbəsi yaxınlığında, Bakı-Şamxı yolunun 14-cü km-də “Cənnət Park” yaşyış kompleksində Bina 2, mənzil 31-də nağd ödəniş etməklə 2017-ci ilin iyulun 5-də yaşayış sahəsi 46 kv.m olan 3 otaqlı təmirsiz mənzili təhvil almışdım. İşimlə əlaqədar Rusiya Federasiyasına getdim və pandemiyadan sonra bu ilin əvvəlndə Azərbaycan qayıdıb mənzilimi təmir etmək istədim. Lakin MTK rəhbərliyini təmsil edən binanın komendantı və Ülvi adlı şəxslər məndən tələb etdilər ki, sən 3 ildir ki, kommuanal xidmətlərə görə pul ödəməmisən. Onlar məndən 2021-ci ildədək onlara kommunal xidmət haqqı olaraq 1003 manat və qaz, su sayğaclarına görə isə 750 manat pul ödəməyi tələb etdilər. Və şərt qoydular ki, 1753 manat pulu verməsən məzilinə buraxa bilmərik. Artıq 1 aydır ki, məni pulumu verib aldığım mənzilə buraxmırlar. Başa sala bilmirəm ki, axı mən son 3-4 ili mənzili təhvil alandan sonra bura ayağım dəyməyib. Ona görə də mən istifadə etmədiyim kommunal xidmətə görə qanunvericiliyə görə pul ödəməli deyiləm. 1 aydır ki, mən MTK rəsmilərini başa sala bilmirəm. Dəfələrlə yanımda dostum Soltanov Qubad Rfiq oğlu ilə evimə getmək istəmişəm Və hər dəfə də Qubadın yanında deyiblər ki, xeyri yoxdur sən 1750 manatı ödəməsən mənzilə qalxa bilməzsən. Mənim olmadığım vaxt isə mənzilimin seyf qapısını sındıraraq qanunsuz daxil olmuş və balkona quraşdırdıqları keyfiyyətsiz pəncərəni örtmüşlər.

Xatırladım ki, 2015-ci ildən mən bu binadan mənzil almaq istərkən binanın yuxarı mərtəbələri tikilmək üzrə idi. Çox təəssüf ki, inşaatçılar binanın karks hissəsini çox nazik olan 16-18-lik armaturlardan istifadə etməklə tikirdilər. Halbuki tikinti normalarına görə belə dəmir armaturların diametri ən azı 32 mm olmalı idi. Bina daxili bütün qapı-pəncərələr keyfiyyətsiz və ucuz çin məhsullarıdır. Binanın divrları da, hörgüsü də çox keyfiyyətsiz tikilmişdir. Ona görə də mənimlə MTK arasında bağlanan rəsmi müqavilənin sonuncu bəndində Fors Major hallarda tərəflərin heç birinin məsuliyyət daşımadığı etiraf olunur. Mən indi başa düşürəm ki, “Cənnət Park” MTK rəhbərliyi öz işinə və əməlinə yaxşı bələd olduğu üçün bilirlər ki, 5-6 bal gücündə zəlzələ zamanı bina tam dağılacaq. Maraqlı burasıdır ki, belə keyfiyyətsiz və inşaat normalarına əməl olunmadan inşa edilən belə bir yaşayış kompleksini FHN-nin aidiyyatı qurum əməkdaşları necə və nəyin naminə istismara qəbul etmişlər?

Xatırladım ki, binaya istilik sistemi quraşdırılmayıb. Yəni kommunal haqqı deyəndə MTK yalnız sakinlər üçün xidmət göstərən 250 manat verdikləri xadiməyə və 250 manat verdikləri mühafizə işçisinə və liftin hərdən təmiri üçün hər kv.m üçün 20 qəpik olmaqla ylıq haqq yığırlar. Lakin hər ay bina sakinlərindən yığılan artıq pulların hara xərclənməsi, nə qədər vergi vermələri barədə heç kimə məlumat vermir, korrupsya əməlilə məşğul olurlar. Doğrudur, Bakı şəhərinin bir çox yerlərindəki MTK-lar məhz bu prinsiplə işləyir, bizim kimi vətəndaşlardan artıq və əsassız pul tələb edir və nəticədə insanları dövlətdən narazı salırlar.

Bir daha qeyd edirəm ki, MTK rəhbərliyinin məndən kommunal xidmət adı altında tələb etdiyi 1003 manat pul qanunsuz istənilir. Çünki mən son 3 ili yaşamamışam. İndi bu bəhanə ilə məni nə mənzilə buraxmırlar, nə də təmir etdirib yaşamağıma imkan vermirlər. ASAN xidmətin verdiyi məlumata görə isə qaz sayğacına görə rüsum haqqı 262 manat, su sayğacına görə isə pilsuz dur. Buna baxmayaraq MTK rəhərliyi bütün sakinlərdən qanunsuz olaraq dələduzluq yoluilə hər bir mənzilə görə 490 manat artıq pul yığmaqla cinayət törətmişlər. Mən də bu pulun yalnız dövlət rüsumunu ödəməyə hzır olduğumu bildirsəm də rəhbərlik razılıq vermir.

Bir sözlə, adı “Cənnət Park” MTK olan bu yaşayış komleksi rəhbərliyi əslində biz sakinlərə cəhənnəmi yaşatmaqdadırlar.

Cənab prezident İlham Əliyev! Sizdən çox xahiş edirik ki, “Cənnət Park” MTK- rəhbərliyinin sakinlərdən sayğaclara görə tələb edib aldıqları pulların, illərlə vətəndaşlardan artıq hesablanmaqla yığılmış kommunal xidmət haqlarının geri qaytarılmasını, binada zəruri olan bərkitmə və gücləndirmə işlrərinin aparılmasını, və şəxsən məndən qannunsuz tələb edilən kommunal xidmət haqqının alınmaması və mənim sahibi oduğum mənzilin təmir etməyimə şərait yaradılması üçün aidiyyatı dövlət qurumlarına göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz