Axtarış...

"Dayımın, əmimin qisasını alacağam!"- Şəhid ƏSGƏRİMİZİN arzusu KÖVRƏLTDİ


MillTV.az

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 21 yaşlı igidimiz, Çavuş İlkin Isgəndərovdur.

Sonxeber.az şəhidin həyat hekayəsini yaxınlarının dili ilə izləyicilərə təqdim edir:

"İkin 18 Mart 1999-cu ildə Sumqayıtda dünyaya göz açıb. Əslən Qubadlının Hacılı kəndindəndir. Ilkin adından da göründüyü kimi ailənin ilk övladı, valideynlərinin ilk gözağrısı idi.

Anası deyir ki, "İlkin uşaqlıqdan çox istiqanlı, mehriban, ən əsası ailəcanlı və Vətəninə çox bağlı idi"

İlkin 2016-cı ildə Qubadlı rayonu Mehman Ağayarov adına Kavdanq kənd tam orta məktəbini bitirir (Sumqayıtda). 2018-ci ildə həqiqi hərbi xidmətə yollanır.

Uşaqlıqdan artıq, ailə yükünü öz çiyinlərinə almağa məcbur olmuşdu. Həmçinin zəhmətlə böyümüşdü. Əmisi Mübariz Isgəndərov 1993-cü ildə, yəni, I Qarabağ savaşında, dayısı Əvəz Həsənov isə 2002-ci ildə şəhid olmuşdular. Anası Ramilə xanım deyir ki, "İlkin həmişə bu mövzuda söhbət düşəndə, gözlərini sanki qan örtürdü. Deyirdi ki, dayımın da əmimin də qisasını alacağam.

İlkin həm də anasına hədsiz bağlı idi. Anası Ramilə xanım deyir ki, "İlkinin iki ən böyük arzusu var idi. Biri ailə qurub, məni nənə etmək və oğluna Yusif adını qoymaq (Hz.Yusifi çox sevirmiş), biri isə Qarabağı və üzünü görmədiyi ata-baba yurdunu işğaldan azad etmək, dayısı və əmisinin simasında bütün şəhidlərimizin qisasını almaq". İlkin bir arzusuna çatsa da, ailə qurmaq arzusuna çata bilmədi.

Hərbi xidmətini Gəncədə N saylı hərbi hissədə başa vurur. Evə hər zəng edəndə, "bura çox sakitdi. Mən cəbhə bölgəsində xidmət etmək, ermənilərlə üz-üzə olmaq istəyirəm" deyirmiş.

Tovuz döyüşləri başlayanda bir yerdə qərar tuta bilmirdi. Gedib könüllü yazılmışdı. Vətən müharibəsinə də elə, könüllü olaraq yollanır. Sentyabrın 21-dən təlimlərə qatılır.
Füzuli-Cəbrayıl və Qubadlı istiqamətində döyüşlərdə iştirak edir. Qızğın döyüşlərin getdiyi bir vaxtda anasına zəng edir. Deyir ki, "Kəndimizə çox az qalıb. ilk addımı özüm atacağam kəndimizə. Sonra isə siz gələrsiniz..."

Döyüşlərdə xüsusi fəallığı və bacarığına görə çavuş rütbəsi alır.

Oktyabrın 25-də qızğın döyüşlər zamanı canından çox sevdiyi Vətəni üçün Şəhidlik zirvəsinə ucalır. Əmisi və dayısının qisasını alır..."




Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz