Koronavirusun yayılmasına cavab olaraq ölkələrin hökumətləri tərəfindən görülən tədbirlərin təsiri proqnozlaşdırıldığından daha ciddi olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının qərargahı Parisdə yerləşən Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) mətbuat xidməti məlumat verib.
Bu beynəlxalq təşkilatın qiymətləndirmələrinə görə, 2020-ci ilin sonuna qədər pandemiya səbəbindən qlobal film sənayesində təxminən 10 milyon iş yeri itiriləcək.
UNESCO-dan pandemiya ilə əlaqədar olaraq konsert və sərgilərin onlayn formatda keçirilməyə başladığı bildirilib.
Qeyd olunur ki, dünya əhalisinin təxminən 46 %-nin internetə çıxışı yoxdur.