Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - Video
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.
Bu barədə "Qafqazinfo"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Məlumata görə, məktəb direktoruna sonuncu xəbərdarlıq edilib.
Qeyd edək ki, Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.