Axtarış...

Koronavirus peyvəndinin Azərbaycana gətirilməsilə bağlı VACİB AÇIQLAMA


MilliTV.az

Artıq Türkiyədə, Rusiyada və ABŞ-da koronavirus əleyhinə vaksinlərin tətbiqinə başlanılıb. Azərbaycana da bu vaksinlərin gətirilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Həmin iddialardan biri də mart ayına kimi bu vaksinlərin Azərbaycana gətirilməsidir. Koronavirusun peyvəndi Azərbaycana nə zaman gətiriləcək?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, vaksinlər bir müddət tətbiq edilmə mərhələsində idi. Bu dövrü Azərbaycan yaxından izlədi və həmin araşdırma dövlətimiz tərəfindən insanlarımızın sağlamlığına verdiyi dəyərdir.

Hazırda Çinin istehsal etdiyi vaksin var. Türkiyədə bu vaksinin geniş tətbiqinə başlanılır. Rusiya və ABŞ-ın bu sahədə araşdırmaları var. Bu vaksinlərin də tətbiqinə başlanılıb. Bu məsələlərin həm iqtisadi, həm də effektivliyi baxımından dəyərləndirmələr aparılır.

Azərbaycanda, vaksinlərin tətbiq edildiyi ölkələrin praktikasına baxılacaq və yaxın günlərdə bu istiqmətdə addımların atılmasına başlanılacaq. Peyvəndlərin vurulması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının hər ölkə üçün də xarakterik olan addımları var. Birinci risk qrupuna daxil olan peşə sahibləri: həkimlər və tibb, hüquq mühafizə orqanlarının işçiləridir.

Çünki onlar risk qrupuna aiddir, həm də birbaşa xəstəliklə mübarizə aparırlar. İkinci mərhələdə isə risk qrupuna daxil olan insanlar, yəni əlavə xəstəlikləri olan vətəndaşlarımızdır. Çünki bu insanlar koronavirusa yoluxan zaman bu xəstəliyi daha ağır keçirir. Daha sonra isə mərhələli şəkildə bütün təbəqənin insanlarını əhatə edəcək. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi bundan ibarətdir".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz