Xəbər verdiyimiz kimi dünən Rusiya prezidenti Vladimir Putin, koronavirusa qarşı hazırlanan ilk vaksinin hazır olduğunu açıqlayıb. Bununlada Rusiya dünyada koronavirus peyvəndini hazırlayan ilk ölkə oldu. Vaksinin hazır olduğunu deyən, Putin, öz qızına da bu vaksinin vurluduğunu və tezliklə kütləvi istehsalına başlanacağını bildirib.
Bununla bağlı Professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib.
Professor bildirib ki, Rusiyanın vaksin istehsal etməsi hələ heçnə demək deyil. Birinci bu vaksin bütün akkreditasiya siyahlarından və sınaqlardan keçməlidir. İkinci bir tərəfdən ÜST-nın standartlarına uyğun olması ilə bağlı qərar verilməlidir. Ondan sonra bunun ümumi istehlakından danışmaq olar.
Professor, bu vaksinin kütləvi tədbiqi üçün bir şans yarandıqda artıq koronavirus yoxa çıxacağını vurğulayıb.
"Mən tam əminliklə deyirəm ki, bu vaksinin kütləvi tədbiqi üçün bir şans yarandıqda artıq koronavirus yoxa çıxmış olacaq. Koronvirus getdikcə mutasiyaya uğrayaraq zəifləməyə başlıyır. Koronavirusu payız fəsilinin sonunda yoxa çıxması proqnozlaşdırılır. Ona görə də bu vaksin illuziyasına xüsusi bir əhəmiyyət vermirəm. Rusiyanın vaksini birinic istehsal etməsində siyasi faktorlarda var. Bu vaksin ÜST tərəfindən qəbul edilməlidir".
Adil Qeybulla bildirib ki, "Vaksinin kiməsə vurlması onun koronavirusa qarşı effektiv təsir etdiyini göstərmir:
Vaksinin kütləvi istehsalına başlansa kasıb olan bəzi üçüncü dünya dövlətlərində bu proses necə aparılacağı hələ də şübhə altındadır. Koronvirus bir ölkənin problemi deyil bu qlobal xəstəlikdir və ÜST-ün nəzarətində izlənilərək virusun yayılmasının qarşısı alınır. Vaksinin kiməsə vurulması onun koronavirusa qarşı effektiv təsir etdiyini göstərmir. Vaksinin virusa qarşı yaxın və uzaq nəticələri öyrənilməli və kliniki çalışmalardan keçməlidir".