Axtarış...

Koçaryan və Sarkisyan qatilliyin, cəlladlığın, vandalizmin əsasnaməsini yazanlardır - Deputat

Koçaryan və Sarkisyan qatilliyin, cəlladlığın, vandalizmin əsasnaməsini yazanlardır - Deputat

MilliTV.az

Ermənistan hakimiyyətində qərarlaşanlar daim uğursuz və perspektivsiz insanlar olub. Ələlxüsus da son dövrlər. Hamısı müxtəlif dönəmlərdə ya klan başçısı rolunu oynayıb, ya da özü klan tərəfindən idarə edilib. Yəni, heç zaman müstəqil siyasətdən və mövcudluqdan söhbət getməyib.

XeberOxu.Az-ın məlumatına görə,bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, erməni lobbisi bir yandan, xüsusi qruplar bir yandan, xarici “sahiblər” bir yandan bu ölkə üzərində hər zaman təsir gücünə malik olublar:

“Bu səbəbdən həm diplomatiyaları bərbad vəziyyətə gəlib, həm hərb siyasətləri iflasa uğrayıb, həm də yürüdülən yöndəmsiz siyasətdən dolayı daxildəki vəziyyət gərginləşib. Götürək, Koçaryanı. Bir dəfə ədalətli fikri olubmu, bu siyasətçinin? Xeyr. Tam əksinə, o, Dağlıq Qarabağla bağlı Ermənistan tərəfindən yürüdülən separat, dağıdıcı və işğal siyasətinin əsas müəlliflərindəndir. Hələ bir zaman kağız üzərində “mövcud” olan qondarma qurumun rəhbəri və stimulvericisi də olub. Qan tökən, böyük vəhşiliklərə imza atan əsas təəssübkeşlərdən və icraçılardandır. Koçaryan hətta öz xalqına qarşı münasibətdə də cəllad xislətini gizlədə bilməyib, həmin xisləti bəlli edib, ardınca isə cinayətlərini icra edib. Yəqin, 2008-ci ildə seçki öncəsi Ermənistanda yaşanan hadisələr kimsənin yadından çıxmayıb.

O zaman Ermənistanda narazı elektorata qarşı kütləvi repressiyalar başlandı, insanlara nümayişdəcə atəş açıldı, ölüm halları baş verdi. Bax bunlar belə “lider”olublar. Qandan yoğrulan “lider”. Düzdür, 2018-dən bəri Koçaryanın başı dərddədir, ən azından 3 dəfə həbsxanaya girib, sonra hər dəfəsində zaminlik, pul-para müqabilində bayıra çıxıb. Amma yaddaşlardan cəllad kimi çıxmır axı. Elədiyi cinayətlər unudulmur axı. Məsələ bax burasındadır. Hətta Qarabağda törədilən bir çox təxribatlar birbaşa bu bədnam insanın adı ilə bağlıdır. Amma indi mələk donuna girib millətinə ağıl verir,“ağsaqqallıq” eləmək istəyir. Guya rəhbər bu olsaymış nəsə edəcəkmiş. Adam anlamır ki, Paşinyanın başqa bir tayıdır. Adam fərqində deyil ki, Ermənistanda hər zaman siyasi lider defisiti yaşanıb. Ona görə bu günə qalıblar”.

Deputat vurğulayıb ki, Ermənistanda kim hakimiyyətə gəlibsə bərbad, uğursuz siyasət yürüdüb, biri digərindən daha böyük yanlışlıqlar edib:

“Eləcə də Sarkisyan. Nə etdi Ermənistan üçün? Heç nə. Yalnız yedək siyasəti yürütdü və bircə müsbət addımı ilə yadda qalmadı. Niyə? Çünki bayaq söylədiyim kimi: destruktiv fəaliyyəti, işğal siyasətini, yanlış estafeti davam etdirdi. Onun da dövründə iqtisadiyyat düz 3 dəfə gerilədi, Ermənistanda aclıq və adambaşına düşən borc pik həddinə çatdı, əhali ayağa qalxdı. Nə qədər insanın, müxalifətçinin qanı və haqqı hələ də bu uğursuz siyasətçinin üzərindədir. Amma o da eynən Koçaryan kimi danışanda elə bülbül kimi ötür, elə məsum sifət alır, kənardan baxan elə bilər nə vaxtsa normal-siyasət filan yürüdüb. Hərgah, bir az siyasətdən başı çıxan adama gün kim aydındır ki, Ermənistanı bu günə qoyan elə onların bədnam rəhbərləri və həmin rəhbərlərin yürütdüyü uğursuz siyasət olub.

Vaxtında Qarabağdakı işğaldan öz xoşluqları ilə əl çəksəydilər, vaxtında qonşuluq münasibətini bərpa etsəydilər, vaxtında bölgəyə sülh gətirmək üçün çaba göstərsəydilər, indi bu günə qalmazdılar, ən azından indikindən daha yaxşı vəziyyətdə olardılar. Odur ki, hazırda Ermənistanın keçmiş rəhbərlərindən kimsə, hansısa özünü ağıllı aparırsa, daha dəqiqi ağıllı aparmağa cəhd edirsə, onlara anındaca qara keçmişləri və üzərlərindəki qan xatırladılmalıdır. Bu adamlar qatilliyin, cəlladlığın, vandalizmin əsasnaməsini, nizamnaməsini yazanlardır. Bu adamların Paşinyandan heç bir fərqi yoxdur. Hamısı eyni xislətdədir. Hamısı təcavüzkardır. Hamısı işğalçıdır. Hamısı cinayətlər törədib. Zamanı gələndə tarix və qanun qarşısında da cavab verəcəklər. Mütləq cavab verəcəklər!”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz