Başda Türkiyə olmaqla, hər zaman bizə dəstək olan ölkələrə təşəkkürümü bildirirəm. Bu bütün türk dünyasının qələbəsidir.
Report xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında Vətən müharibəsinin qələbə ilə başa çatması haqda danışarkən deyib.
48 yaşlı mütəxəssis bildirib ki, komandası sabahkı matçda meydana qələbə üçün çıxacaq:
"Çətin olacağını bilirik. Çünki heyətimizdə zədəli və cəzalı futbolçular var. Sabah iki qardaş ölkənin komandası qarşılaşacaq. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik".