Axtarış...

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 32 milyon kubmetr olub


2020-ci ilin 9 ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 32,6 milyon kubmetr olub.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, müvafiq dövr ərzində CQBK-nin əməliyyat xərcləri 35 milyon dollar, əsaslı xərcləri isə 8 milyon dollardan artıq olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarından etibarən Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBK-nin genişləndirilmiş boru kəməri isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları arasında BP 28,8 faiz, TPAO 19 faiz, AzSCP 10 faiz, Cənub Qaz Dəhlizi Midstrim 6,7 faiz, PETRONAS 15,5 faiz, LUKOYL 10 faiz, NİKO 10 faiz paya malikdir.



Şərh yaz