Axtarış...

"Saipem" şirkəti Azərbaycanda yeni layihələrdə iştirakda maraqlıdır

"Saipem" şirkəti Azərbaycanda yeni layihələrdə iştirakda maraqlıdır

İtaliyanın neft-qaz şirkəti "Saipem" Azərbaycanda fəaliyyət üçün yeni imkanlar axtarır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən bildirilib.

Şirkət bildirib: "Biz Azərbaycandaki tərəfdaşımız "Bos Shelf"lə əməkdaşlıq edirik və "Abşeron" qaz yatağının istismarında iştirak kimi ölkədə yeni imkanlar axtarırıq".

Həmçinin qeyd olunub ki, "Saipem"in Azərbaycanda uzun və uğurlu əməkdaşlıq tarixi var, əsasən, hər iki ölkənin institutlarının açıq və konstruktiv yanaşmaları sayəsində: "Biz "Saipem" üçün vacib ölkəyə çevrilən Azərbaycanda daimi fəaliyyət göstəririk. "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində iştirakımızla yanaşı, biz Azərbaycan qazının Avropaya nəqlinin bütün istehsalat-satış zənciri boyu işləyirik. Biz Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsində iştirak etmişik, Albaniya və İtaliyanın sahil xəttləri arasında Adriatik dənizindən keçərək Transadriatik Boru Kəmərinin (TAP) offşor hissəsinin tikintisi layihəsini əldə etmişik".

"Saipem" həmçinin qeyd edib ki, dövlət neft şirkəti SOCAR-la Azərbaycandan kənarda "Técnicas Reunidas" (İspaniya), "GS Engineering&Construction" (Cənubi Koreya) и "Itochu" (Yaponiya) ilə konsorsiumda işləyir: "Şirkətin həmçinin "SOCAR Turkey Enerji A.Ş." ilə SOCAR üçün Türkiyədə STAR NEZ layihəsi üzrə müqaviləsi var".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz