10 noyabır tarixində Azərbaycan, Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşenyanın arasında imzalanan kapititulasiya sazişinə əsasən işğal olunmuş Azərbaycan əraziləri 15 noyabır tarixində Kəlbəcər rayaonu, 20 noyabır tarixində Ağdam rayonu və 1 dekabır tarixində Laçın rayonunun işğaldan azad edilərək Azərbaycan respublikasına qaytarılmalıdır. Eyni zamanda həmin ərazilərdə aparılmış qanunsuz məskunlaşma və yerləşdirilmiş hərbi birləşmələrdə ərazilərdən tam təmizlənməlidir.
14 nobabır tarixində Rusiya prezidenti Vladimir Putinin prezident İlham Əliyevə zəng edərək hazırkı vəziyyətdə Kəlbəcər rayonunu tərk edən erməni hərbi birləşmələrinin və ərazilərdə qanunsuz məskunlaşdırılmış əhalinin ərazini tərk edərkən ərazinin reylefnin və hava şəraitinin çətinləşməsi ilə əlaqədar bəzi çətinliklərin yaranmasını bildirmişdir. Telefon söhbəti zamanı Ermənistan tərəfinin Kəlbəcər rayonunun ərazisini tam boşaldılması üçün Rusiya prezidentinin vastəsilə prezident İlham Əliyevdən əlavə 10 - gün vaxt istəməsini Vladimir Putin prezident İlham Əliyevdən xahiş etmişdir . Böyük humanistlik addımı atan prezident İlham Əliyev Kəlbəcər rayonunun 25 noyabr tarixində tam təhvil verilməsinə öz razılığını veribdir.
Onuda bildirmək istəyirik ki,İmzalanmış qarfikə əsasən digər ərazilərin düşmən tərəfindən boşaldılmasında hər hansı bir dəyişiklik yoxdur.
Beləliklə 20 noyabır tarixində Ağdam rayonu, 25 noyabır tarixində Kəlbəcər rayonu və 1 dekabır tarixində Laçın rayonu işğaldan azad edilərək Azərbaycan respublikasına qaytarılacaq.