“İndi biz bütün Ermənistanı qurban veririk. Bu müqavilə ilə biz Türkiyəni Azərbaycanla birləşdiririk”.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “AMGA” kanalına müsahibəsində son Azərbaycan-Ermənistan-Rusiya sülh razılaşmasını şərh edən erməni politoloq, işğalçı ölkənin keçmiş baş nazirinin baş məsləhətçisi olmuş Ayk Martirosyan söyləyib.
“Ancaq hələki həll oluna bilməyəcək problem yoxdur. Nə sülhməramlılar, nə də müttəfiqlər - problem deyil. Problemlər Türkiyənin Şuşada mövqeyini möhkəmləndirəcəyi və Qarabağ boyunca bazalarını yerləşdirdiyi zaman ortaya çıxacaq...” -deyə A.Martirosyan fikirlərinin davamında bildirib.