Rusiyanın Amur vilayətində kollec tələbələri arasında atışmanın təfərrüatları məlum olub.
Vesti.ru xəbər verir ki, istintaqın qənaətinə görə, hadisənin əsas səbəbkarı kollecin direktoru və mühafizəçidir.
Çünki onlar tam mühafizəni təmin edə bilməyiblər və nəticədə gənc insanlar həyatlarını itiriblər.
Xatırladaq ki, ötən ilin noyabrında tələbə kollecə ov silahı ilə daxil olub və nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb. Bundan sonra tələbə intihar edib.
Məlum olub ki, direktorun işə götürdüyü mühafizəçinin müvafiq sənədi olmayıb. Bundan əlavə, o, bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib və həkim qeydiyyatında olub.
Buna görə də, istintaq hesab edir ki, silahlı tələbənin kollecə daxil ola bilməsində mühafizəçi günahkardır.