Axtarış...

E-dövlətdə terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib

E-dövlətdə terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib

MilliTV.az

Elektron dövlət (e-dövlət) mühitində vətəndaşlara məxsus məlumatların çoxməqsədli intellektual analizi metodları işlənilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, əsas məqsəd sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyi ilə e-dövlətin araşdırılması, bu mühitdə səmərəli qərarların qəbulunu dəstəkləyən sistemlər üçün yeni yanaşmalar, metod və alqoritmlərin təklif edilməsidir.

E-dövlətin analizi texnologiyalarının müasir vəziyyətinin analizi və problemlərin müəyyən olunması, e-dövlətdə terrorizmi təbliğ edən mətnlərin təsnifatı və filtrasiyası üçün metodların işlənməsi, e-dövlətdə gizli sosial şəbəkələrin aşkarlanması və analizi üçün metodun işlənməsi qoyulan əsas elmi-nəzəri və praktiki məsələlərdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz