Axtarış...

Burundan ağciyər xərçəngi analizi

Burundan ağciyər xərçəngi analizi

Son illərin ən çox yayılmış xəstəliklərinin başında xərçəng xəstəliyi gəlir. Xərçəngə qarşı bir çox çıxış yolları tapılsa da, tam olaraq müalicəsi müəyyən edilməmişdir.

Millitv.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə bir çox araşdırmalar aparılmışdır. Xüsusilə ağciyər xərçənginin daha çox yayıldığı bu dövrlərdə yeni çıxış yolları axtarılır.

Təbii ki, bu xəstəlikdə erkən diaqnoz olduqca mühümdür.

Son araşdırmalara görə, burundan ağciyər xərçəngi analizi keçirilə bilər.

Elm adamlarına görə, burun içindəki genetik bio-işarələr, insanda ağciyər xərçənginin erkən mərhələdə diaqnozunda kömək edə bilər.

ABŞ-ın Boston Universitetinin tibb fakültəsinin mütəxəssisləri, pambıqlı, sadə və ucuz burun təmizləmə çubuqlarıyla alınacaq nümunələrlə ağciyər xərçəngi olub olmadığını müəyyən edəcək bir analiz hazırlayıblar.

Belə ki, mütəxəssislər burunun içindəki genetik bio-işarələrin insanda ağciyər xərçənginin erkən mərhələdə müəyyən edilməsini mümkün edən bir işə imza atdı.

Bu isə, olduqca əhəmiyyətli bir nəticədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz