Axtarış...

Füzuli Diaqnostika Mərkəzində “od tutub yanan” analiz qiymətləri – SİYAHI



Dövlət xəstəxanalarında analizlərin tariflərinin hansı meyarlara əsasən müəyyənləşdirildiyini də demək çətindir. Çünki dövlət xəstəxanalarında analizlərin də pulsuz olduğu əsas gətirilir və heç bir xəstəxanada qiymət lövhələri asılmır. Füzuli Rayon Diaqnostika Mərkəzində də həmçinin. Xatırladaq ki, sözügedən tibb müəssisəsinin direktoru kimi laboratoriya şöbəsinin müdiri də “təzədir”. RealMedia.az saytı olaraq bir neçə gün əvvəl oxucularımıza təqdim etdiyimiz məqalədə Mərkəzin rəhbəri Şaiq Şükürov tərəfindən irəli çəkilən laboratoriya müdiri Lalə Sabirlinin qısa müddət ərzində adi məvaciblə qazanıldığı inandırıcı olmayan kapital topladığı barədə məlumatlar vermişdik. O da məlumdur ki, özü əmisi – Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun hesabına hazırki vəzifəsinə gələn Şaiq Şükürov Füzuli RDM-də qohumbazlıq siyasəti yürüdür ki, bu barədə oxucularımızla irəliləyən görüşlərimnizdə daha ətraflı söhbət açacağıq. Amma Lalə Sabirli istisnadır – Şükürovların qohumları sırasında deyil. Bundan sonra olub-olmayacağını deyə bilmərik.

Başlıcası, o məlumdur ki, Lalə Sabirli laboratoriya müdiri keçəndən sonra burada analizlərin qiyməti necə deyərlər, “od tutub yanır”. Etibarlı mənbədən o qiymətlər barədə məlumatları öyrənmişik. Gəlin, onların sırasına göz ataq:
Füzuli Diaqnostika Mərkəzində “od tutub yanan” analiz qiymətləri – SİYAHI(Lalə Sabirli laboratoriyanın müdir əvəzi)

Qanda hemoqlabinin parametrlərinin qiymətləndirilməsi – 7 manat; infeksiya analizi – 90 manat; revmatizma analizi – 21manat; bruselyoz analizi – 20 manat; trapanen testi – 18 manat; kreatin analizi – 12 manat; xolesterol analizi -12 manat; ümumi qan tərkibi – 15 manat; qanın laxtalanma səviyyəsinin ölçülməsi – 3-5 manat; sidik analizi – 5-7 manat; zob analizi – 40-45 manat; qurd analizi (qanda qurda qarşı yaranmış anticisimlərin təyini) – 20-25 manat və s.

Qaqa hepatit analizi – hepatit C, hepatit B aşkarlanıb-aşkarlanmamasından asılı olmayaraq analizin cavabı hər yerdə 4-5 manat olduğu halda Lalə 25-30 manat alır. Deyir ki, Şaiq ona istədiyi qiyməti “oxumağa” icazə verib, arxasında durduğunu bildirib.
Laboratoriya müdiri hamilə qadınlardan infeksiya analizi adı ilə 90-95 manat alır.Yalandan deyir ki, Bakı şəhərinə göndərirəm. Bu azmış kimi, hər bir xəstədən əlavə 5 manat “taksi pulu” da alır.

Burun – boğaz, appendisit, yırtıq (qrıja) əməliyyatlarından öncəki analizlərə görə xəstələrindən 65-70 manat alınır. Halbuki, başqa dövlət tibb müəssisələrində bu qiymət qanunsuz da olsa, 15-20 manat təşkil edir.

Müəssisəyə gətirilən bütün dərmanları dördqat baha qiymətə satılır. Aydın məsələdir ki, bütün bu sadalanan korrupsiya halları Lalə Sabirlinin və RDM-in rəhbər vəzifəlilərinin dəbdəbəli, təmtəraqlı həyat tərzi keçirmələrinə imkan verir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etəyə hazırıq.

RealMedia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz