Axtarış...

Ermənistanda bir gündə koronavirusa 715 yoluxma qeydə alındı


MilliTV.az

Ermənistanda daha 715 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 56 451-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 1 020-yə çatıb. İndiyədək 45 824 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 304 aktiv koronavirus xəstəsi var.



Şərh yaz