MilliTV.az
Gürcüstanda son sutkada daha 523 nəfərə koronavirus diaqnozu qoyulub, 208 nəfər sağalıb, 7 pasiyent isə vəfat edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 11 794-ə çatıb. Sağalanların sayı 6 327, dünyasını dəyişənlərin sayı isə 85 olub.
Hazırda karantində 5 590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 393 nəfər isə xüsusi otellərdə müalicə olunur.