Axtarış...

Rövnəq Abdullayevin adı Şəki qalmaqalında

Ötən saylarımızda Şəkidə sahibkarlara qarşı törədilmiş soyğunçuluq faktı ilə bağlı yazı dərc etmişdik və apardığımız araşdırmalardan sonra daha maraqlı faktlar ortaya çıxdı. Belə ki, prosesdə artıq daha böyük və daha nüfuzlu məmurların adı gündəmə gəlməkdədir. Gəlin öncə məlum faktı bir daha yada salaq və daha sonra ortaya çıxan yeni faktlara aydınlıq gətirək. Qeyd etmişdik ki, Şəki rayonunun icra hakimiyyətinin başçısı Elxan Usubov rayonda dörd sahibkara təzyiq göstətərək onlara məxsus yüz hektarlarla ərazini ələ keçirin. Belə ki, şikayətçi,sahibkar Qurban Soltanov bildirmişdi ki, 2019-cu ildə başçı Elxan Usubov onu yanına çağıraraq Prezident Admnistrasiyasın- da çalışan mühüm post sahibinin adından danışaraq 60 hektarlıq ərazini təhvil verməyi tələb edib. Bundan başqa bu və digər sahibkarları hər zaman kimlərinsə adından şantaj edərək istəyinə nail olub. Bunu da qeyd edək ki, başçı bildirib ki, bu torpaq Aqroparkın yaradılması üçündür. Dövlət maraqlarını nəzərə alan sahibkar beləcə aldadılır və qısa müddətdən sonra aydın olur ki, torpaq “Azərarqo” şirkətinə verilib. Bunu görən sahibkar nə qədər şikayət etsədə nəticəsi olmayıb. Əksinə başçı onu həbs etdirməklə hədələyib. Digər şikayətçi Hənəfi Məcidov- da deyir ki, Elxan Usubov onu yanına çağıraraq bildirib ki, Prezidentin tapşırığı ilə ona məxsus ərazidə Aqropark salınmalıdır. Sahibkar bununla razılaşır. Amma sonra aydın olur ki, bu ərazidə başqa şirkətə verilib və hazırda bu ərazidə icra başçısının özü təsərüfat yaradıb. Buna narazılığını bildirən Hənəfi Məci- dovda həbs olunmaqla qorxudulub və şikayətləri qəbul olunmayıb. İcra başçısı daha sonra “Tərəqqi” ordenli sahibkar Mənəfov Novruzuda quru yerdə qoyub. Elxan Usubov sahibkara bildirir ki, ərazidə Aqropark salınmalıdır. Buna görə torpağı təhvil verməlisən. Sahibkar isə Pre zidentin tapşırığı olduğunu düşünərək bununla razılaşır və 49 illik müqaviləsinin olmasına, əkin ərazisinə küllü miqdarda pul qoymasına baxmayaraq başçı ilə razılaşmalı olur. Amma bir müddətdən sonra görürkü aldadılıb. Buna görə dəfələrlə icra başçısına şikayət etsədə xeyri olmur. Elxan Usubov sahibkarı Rüstəm Usubovun adından hədələyir və həbsə atdıracağını bildirir. Sahibkar deyir ki, bu günə qədər qorxusundan məsələni gündəmə gətirə bilməyib. Amma Prezidentin sahibkarlara dəstək verdiyini görəndən sonra məsələni gündəmə gətirib. Sahibkar hesab edir ki, Şəkidə ciddi yoxlamalar aparılarsa Elxan Usubovun da axırı bəzi icra başçıları kimi həbsxana olacaq.

Başqa həm gülməli həmdə ağlamalı hadisə fermer tə sərrüfatının sahibi Aydın Heydərovun başına gəlib. Fermer iddia edir ki, təsərrüfatının qışlaq ərazisi Şəki rayonunda yerləşir. Mənə verilmiş müqavilənin müddəti isə 2022-ci ildə başa çatacaq. Buna baxmayaraq mənə təhkim olunmuş ərazinin 140 hektarı nın əkinə yararlı sahəsi 2018-ci ildən “Azərarqo” şirkətinə verilib. Ancaq həmən ərazinin icarə haqqını yenə mən ödəyirəm. Həmən əraziyə eyni zamanda başqa şirkətin adına çıxarış verilib.

“Cəmiyyət”in
yazısına reaksiya

Qeyd etdiyimiz kimi aldadılan sahibkarların səsini lazımi dairələrə çatdırandan sonra Şəki rəhbərliyində “canlanma” yaranıb. Şikayətlərin dərcindən sonra Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi İlkin Süleymanov, icra başçısı və Zeynal Əliyev sahibkarları qəbul ediblər. Uzun danışıqlardan sonra onlara bildirilib ki, zəbt etdikləri torpaqların cüzi bir qismini onlara qaytara bilərlər. Sahibkarlar isə öz halal haqlarını tələb edərək sona qədər mübarizə aparacaqlarını söyləyiblər. Maraqlıdır, icra başçısı fermerlərin torpaqlarını özlərinə qaytarmaqda bu qədər acizdir? Elə apardığımız araşdırmalarda bu suala cavab tapmaq üçün idi və cavab tapıldı.
Rövnəq
Abdullayev izi

Qeyd edək ki, illər öncə Elxan Usubov bu torpaqları dövlət tələblərini təmin etmək adı ilə almışdı və qeyd olunurdu ki, torpaqlar “Azərtoxum”un balansına verilir. Ancaq sonra aydın oldu ki, ərazi icra başçısının, “AzərtoxurrT’un rəhbəri Zeynal Əliyevin və daha bir neçə nəfərin arasında bölünüb. Bax əsas məsələ də Zeynal Əliyevlə bağlıdır. Ən azı ona görə ki, Zeynal Əliyev ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin qudasıdır. Və bu torpaqlar ələ keçirilən zaman Rövnəq Abdullayevin adından da istifadə olunub. Bundan Rövnəq Abdullayevin xəbərinin olub-olmamasını isə deyə bilmərik. Amma məsələ burasındadır ki, icra başçısı və Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi İlkin Süleymanov bütün bu maxenasiyaları onların adından ediblər. Hətta “Azərtoxum” təşkilatının icraçı direktoru Məzahir Qasımov daha uzağa gedərək İlkin Süleymanovun sahibkarlara söylədiyi yalana doğruluq donunu geyindirmək üçün yeni “yol xəritəsimi də sahibkarlara söyləyib. Onun deməsinə görə Rövnəq Abdullayevin qudasının Şəki “əmə liyyatı” başlanan zaman başqa bir dövlət məmurununda adı hallanmağa başlayıb. Bu şəxs isə ARDNŞ-nin vitse-prezidenti Bədəl Bədəlov olub. Deyilənə görə Bədəl Bədəlov icra başçısı Elxan Usubovla Zeynal Əliyevin arzularını həyata keçirtmək üçün hərəkətə keçib. O, PA-da yüksək vəzifədə çalışan tanınmış bir məmura xahiş edir ki, bu torpaqların Zeynal Əliyevə verilməsi üçün Elxan Usubova tapşırıq versin. Güya Bakıdan belə tapşırıq gəlir və bundan sonra icra başçısı sahibkarlara yalan söyləməklə torpaqların bir hissəsini Zeynal Əliyevə verir, yerdə qalanlarından isə özü istifadə edir.

Amma başqa fikirlərdə səslənməkdədir. Bildirilir ki, bu torpaqları hələ öncədən də Elxan Usubov ələ keçirtmək istəyibmiş. Buna görə Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi ilkin Süleymanovu yanına çağıraraq torpaqları hansı yolla ələ etməyin mümkünlüyünü soruşur. Qısa araşdırmadan sonra İlkin Süleymanov icra başçısına “ağıllı” məsləhət verir. O, hesab edir ki, Rövnəq Abdullayevin qudası Zeynal Əliyevin Şəkidə fermer təsərrüfatı yaratmaq istəyindən yararlanmaq olar. Ən azı ona görə ki, Zeynal Əliyevin adı olan yerdə Rövnəq Abdullayevin, onun yaxın çevrəsinin və PA-nin məsul şəxslərinin adından yararlanmaq olar. Beləcə qısa müddətdə Rövnəq Abdullayevin, Bədəl Bədəlovun və PA-nin rəsmisinin adından istifadə olunub.

Hər halda ən doğrusunu bu oyunları quran Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə idarəsinin rəisi İlkin Süleymanov, Məzahir Qasımov və icra başçısı bilər. Sonda bunu da qeyd edək ki, hazırda İlkin Süleymanov Prezidentin böyük etimad göstərdiyi Mikayıl Cabbarovun naziri olduğu İqtisadiyyat Nazirliyinə tabedir və inanırıq ki, Mikayıl Cabbarov sahibkarların başına oyun açan əməkdaşı ilkin Süleymanovun fəaliyyətini nəzarətə götürəcək.

Sahibkarlardan
Prezidentə çağırış

Beləliklə gördüyünüz kimi Hollivud filmlərinin ssenarisini xatırladan Elxan Usubov və İlkin Süleymanovun ssenarisi nəticəsində dörd fermer tam müflis hala düşüblər. Fermerlər isə hesab edir ki, onları bu zülmdən, haqsızlıqdan yalnız Prezident ilham Əliyev xilas edə bilər. Çünki Prezident hər zaman sahibkarların yanında olub və onların hüquqlarını qoruyub. Sahibkarlar əmindir ki, Şəkidə adi yoxlamalar aparılarsa icra başçısı Elxan Usubov nəinki vəzifəsindən azad olunar, eyni zamanda onun haqqında qalaqlarla cinayət işləri açılar. Bir media orqanı olaraq sahibkarların müraciətlərini oxuculara çatdırmaq bizim borcumuzdur və yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

“Cəmiyyət” araşdırma qrupu

Text-to-Speech

DİNLƏ

Daha çox xəbər

Şərh yaz