"Xatırladaq ki, jurnalist Həbib Müntəzir 1 ay öncə Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısını paylaşıb". DİA.AZ bildirir ki, bu barədə müstəqil jurnalist Məmməd Əhmədoğlunun redaksiyamıza yolladığı məqaləsində deyilir.
Məqalə müəllifi daha sonra davam edir: "Jurnalist 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğunu da bildirib:
1. Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil,
2. Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil,
3. Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil
4. Şəkidə 5 ədəd dəbdəbəli malikanə
5. Şəkidəki süd zavodu
6. Şəkidəki “Sünbül” çörəkbişirmə sexi
7. Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” oteli
8. Şəkinin Kiş kəndindəki “Narınqala” oteli
9. Şəkinin Kiş kəndində “Şam bağı” oteli
10. Kiş kəndində “Cənnət bağı” oteli
11. “Dağüstü park” deyilən yerdəki “Panorama” oteli
12. Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
13. Ağstafada bir malikanə
14. Gürcüstanda böyük fındıq zavodu
15. ”CHEMİCO CO LTD” MMC şirkəti
16. ”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)...
Hazırda bizim yerləşdiyimiz məkandan minlərlə km kənarda yaşayan həmkarımız Həbib Müntəzirin təqdim etdiyi siyahını uzatmaq da olar. Amma yaxşı olardı ki, siyahıya əlavə və bir az da qeyd olanların taleyinə aydınlıq gətirək. Belə ki, cənab icra başçısının dillər əzbəri olmuş Kiş yolunun sağ tərəfində, daha dəqiq desək, M.Ə.Rəsulzadə küçəsi, döngə 12-də, dəyəri 5 milyon manata başa gəlmiş 1.4 ha ərzidə yerləşən villasını yerli sakinlər Peterburqdakı “Qış Sarayı”na bənzədirlər. Bizi maraqlandıran villanın nə 5 milyon manata tikilməsi və yaxud İtalyan dizaynerlərinə villanın layihəsinin hazırlanması üçün ödənilən 200000 avro pul deyil. Bizi maraqlandıran bu villanın Mədəniyyət Nazirliyinin balansında olan, Sovet dönəmindən qalma, “Tur baza” kimi tanınan və 20 kotejlərdən ibarət dövlət qoruğunun həyətinin özbaşına zəbt olunaraq qanunazidd olaraq 2 il müddətində inşa işlərinin aparılmasıdır. Digər tərəfdən başçı o qədər ifrata varmışdır ki, Şəkinin tarix və mədəniyyət abidələri şəhəri olmasını da unutmuş və ağına-bozuna baxmadan xoşuna gələn qoruq ərazisini zəbt edərək ürəyi istədiyi möhtəşəm 5-ci imarəti dövlətdən aldığı 937 manat əməkhaqqı ilə ucaltmışdır. Elxan Usubovun özünün iyunun 1-dək yaşadığı bu villanın altındakı torpaq sahəsi Mədəniyyən Nazirliyinin balansında olmasına baxmayaraq DƏK-in 12 saylə Şəki Ərazi Reyestr Xidəti İdarəsi tərəfindən qanunsuz olaraq çıxarış da verilmişdir. Doğrudur, 1 ay əvvəl mətbuatda siyahısı dərc edilmiş obyektlərdən bir hissəsinin satışı son 1 ayda baş tutmuşdur. Hələlik cənab başçı təkcə Şəki şəhərində sözügedən villa da daxil daha 2 imarətini satmışdır. Sonuncu imarətinin pulunun yarısını alsa da, alıcı tərəf qalan pulu verməkdən imtina edir. Alıcı qorxur ki, sabah indiki vəziyyətdə E.Usubovun başına bir iş gələrsə, onu sorğu-suala çəkəcəklər ki, “Sən bu villanı niyə başçıdan alırdın?”.Axı, alıcı villanı alanda Baş Prokurorun 1-ci müavini olan əmisi oğlu Rüstəm Usubov da işdən kənarlaşdırılmışdır.
Siyahıya daxil olmayan ən bahalı obyektlərdən biri də Şəkinin Vərəzət kəndi yaxınlığında salınmış 76 ha sahəsi olan və hər cür müasir avadanlıqlarla təchiz olunmuş şaftalı bağıdır. Cənab başçı bu bağı da dəyərindən çox çox ucuz qiymətə, 8.5 milyon manata satmaq istəyir. Veriən məlumatlarda bildirilir ki, uzun müddətdir ki, bu möhtəşəm bağ sahəsinin ərsəyə gəlməsi üçün rayon daxilindəki bir çox dövlət müəssisələrinin işçiləri və texnikaları “ iməcilik” adı altında qul kimi istismar olunublar.
Başçının digər obyekti hesab edilən “Sünbül” çörəkbişirmə sexidir. Bu sexdə M.F.Axindov parkına aid torpaq sahəsi qanunsuz zəbt olunaraq bir neçə il əvvəl inşa edilmişdir. Doğrudur, park sahəsi hesab edilən bu yerdə əvvəlcə kəndarası marşrut avtobuslarının dayanacağı kimi istifadəyə vermişlər. Və sonra Qafqazda ən böyük çörək zavodu tikmişlər. Bu zavodun istehsal etdiyi məhsulların hamısı Şəki şəhərində fəaliyyət göstərən bütün ərzaq dükan və marketlərində satılması məcburi xarakter daşımışdır. Yəni, Şəkidə “çörək biznesi” inhisra alınmışdır.
“Narınqala” adlanan otelin də əvvəlki sahibi Hacı Hüşəng olmuşdur. Sağlığında Hacıdan satın alınmışdır. Digər “Cənnət Bağı” oteli də iş adamı olmuş və 2017-ci ilin avqustun 17-də avtoqəzada həlak olmuş Zabit Salahovun ailə üzvlərindən 12 milyon manata satın alınmışdır. Siyahıda adları qeyd edilən digər obyektlər də “su qiyməti”nə fiziki şəxslərdən alınmışdır. Amma onu da qeyd etmək yerinə düşərdi ki, həmkarımız Həbib yaxşı ki, E.Usubovun Belorusiya Respublikasında olan biznes obyektlərindən xəbəri yoxdur. Olsaydı, kişini gözə gətirərdi. Yerli sadə sakinlər də deyirlər ki, bu 9 ildə başçı Şəkidə niyə az az görünüb?. Bu barədə bir az sonra...
P.S. Növbəti saylarımızda digər maraqlı araşdırmalarımızla oxucularımızı tanış edəcəyik:
1. Şəki şəhərindəki uşaq bağçalarına illik ayrılan 400000 manatın aqibəti haqqında,
2. Nizamnamə kapitalı 10 manat olan “Şəki Səyyar Tikinti-F” MMC-nin Şəki şəhərinin idarə və müəssisələrində milyonluq tenderləri necə “udmasından”,
3. Şəki Suvarma Kanalları İdarəsinin balansında olan 400 km-dək əlvan və azbest materiallardan olan boruların qara bazarda satılmasından ,
4. 2019-cu ilədək Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilən və saxta sənədlər üzərində formal “taxıl əkilən” min hektrlarla sahələrə görə dövlət büdcəsindən mənimsənilən milyonnlarla manat vəsaitlərdən.
5. Mədəniyyət nazirinin qovulmasından dərhal sonra Regional Mədəniyyət İdarəsində təcili “ixtisar edilən” 300 nəfər “ölücanlar”dan,
6. Qırxbulaq kəndindəki divarı sökülmüş mədəniyyət klubunda yoldan ötən eşşəyin necə dincəlməsindən,
7. İcra başçısının Akstafa rayonundan özülə gətirdiyi və “Dövlət çevrilişinə cəhd” maddəsilə 5 il məhkumluq həyatı yaşayan və 9 ildir ki, “Qara kassa” kimi tanınan Şəki Şəhər İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin baş məsləhətçisi Nizami İsmayılovun fəaliyyətindən,
8. Şəkinin kanalizasiya və su xəttlərinin yenidən işlənməsi üçün ayrılan və faktiki mənimsənilən milyonların taleyindən,
9. Şəki-Qax şossesinin tikintisi zamanı mənimsənilən 8.4 milyon manat pulun necə bölüşdürülmsindən,
10. Elxan Usubova məxsus olan 55 AA dövlət nömrə nişanlı FİAT markalı taksilərindən,
11. Əslən Şin kəndindən olan, Vladimir Putinin yaxın dostu kimi tanınan iş adamı, “Şəki” şadlıq evinin sahibinin üzərinə ya 200000 manat ödənilməsi, ya da müasir tipli 14 saylı uşaq bağçasını tikib təhvil verilməsi öhdəliyinin qoyulmasından geniş bəhs ediləcəkdir. Bizi izləyin".
DİA.AZ