Rusiyada risk qrupuna daxil olan şəxslərin koronavirusa qarşı kütləvi peyvəndlənməsi noyabr-dekabr aylarında başlayacaq.
Modern.az-ın məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko deyib.
O bildirib ki, bu həftə könüllülərin iştirakı ilə yekun tədqiqatlar başlayacaq. Bu tədqiqatlara 40 minədək könüllü qatılacaq. Tədqiqatlar zamanı bütün detallar və xırdalıqlar diqqətdən keçiriləcək.
Nazir əlavə edib ki, ilin sonunda vaksin Rusiyanın regionlarına da tədarük ediləcək.
Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirdiyini elan etmişdi.