"Almaz-Antey" konserninin sifarişi ilə Moskva Aviasiya İnstitutu (MAİ) avtomatik karabinlə təchiz olunmuş və uçan obyektlərə hədəfə götürmək üçün nəzərdə tutulan dron yaradıb. FaktXber.com-un məlumatına görə,bu barədə MAİ RİA Novosti-yə məlumat verib.
«Qarşımıza qoyulan əsas məsələ səmaya silahlı aparat çıxarmaq, onun işinin maksimum sabitliyini təmin etmək və hədəfi məhv etməsi üçün yüksək dəqiqliyinin olması idi… Start üçün ona uçuş-eniş zolağı, yaxud katapult lazım deyil: Aparat istənilən səthdə əlavə hazırlıq olmadan hərəkət edə bilir», - deyə İnstitutun rəsmisi İqor Trifonov bildirib.
Qeyd edək ki, yeni ixtira edilən dron 3 metr qanadı olan 23 kq-lıq aparatdır. O, 12 kalibrli avtomatik karabinlə təchiz olunub, havada 40 dəqiqəyə qədər qala və uçan aparatlara hədəf atışı həyata keçirə bilir.
İnstitutdan vurğulanıb ki, yeni layihənin dünyada analoqu yoxdur.