Millət vəkili Fəttah Heydərovun vəfatından sonra Azərbaycan Ağsaqqallar Şurasına kimin rəhbərlik edəcəyi diqqət mərkəzində olan mövzulardan biridir.
Azsiyasət.com-a daxil olan məlumata görə, Ağsaqqallar Şurasına sədri postuna bir neçə iddialı namizəd var və bu namizədlər içərisində quruma rəhbərlik etmək niyyətini açıq şəkildə ortaya qoyan şəxslərdən biri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun atası Qənbər Qurbanovdur.
87 yaşlı Q.Qurbanov “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, Ağsaqqalar Şurasının və Yazıçılar Birliyinin üzvüdür.
Saytımıza daxil olan məlumata görə, ölkədə karantin rejimi bitəndən sonra Ağsaqqallar Şurası növbəti qurultayını çağıracaq və Q.Qurbanov quruma yeni sədr seçiləcək.
Bildirilir ki, atası Q.Qurbanovun Ağsaqqallar Şurasına sədr seçilməsi üçün oğlu C.Qurbanov ciddi səy göstərir.
Azsiyasət.com saytına daxil olan başqa bir informasiyaya görə, 69 yaşlı millət vəkili, Azrbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev də Ağsaqqallar Şurasının sədri vəzifəsinə iddialıdır.