Axtarış...

DTX FHN-in sabiq əməkdaşları HƏBS ETDİ



Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşları həbs edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin Dövlət Sərhəd Xidmətində həyata keçirilən əməliyyatla bağlı yaydığı birgə məlumatında qeyd edilib.

Bildirilib ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib. \\Axar
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz