Axtarış...

Sürücülərin NƏZƏRİNƏ: “Masazır dairəsi”nə giriş məhdudlaşdırılır


Masazır dairəsinə giriş-çıxış məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, məhdudlaşdırma Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri ilə əlaqədardır. Hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

Aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz