Ölkədə əksər magistrallarda sürət həddi 110 km/saat olsa da, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bu hədd saatda 60-90 km müəyyənləşdirilib.
Yəni avtomobil yolunun genişləndirilməsi və 4 hərəkət zolaqlı olmasına baxmayaraq, sürət həddi əvvəlki kimi saxlanılıb.
Millitv.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev bunu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun relyefi ilə əlaqələndirib:
"Ölkə ərazisindəki avtomobil yollarında sürət həddi həmin əraziyə uyğun müəyyən edilir. Bakı-Şamaxı-Yevlax avtomobil yolu bir neçə yaşayış məntəqəsindən keçir. Bu baxımdan hərəkət təhlükəsizliyini təmin etmək üçün həmin ərazilərdə sürət həddi 60-90 km/saat olaraq müəyyənləşdirilib. Eyni zamanda relyef də nəzərə alınır. Bu yolda bir neçə aşırım mövcuddur".