Axtarış...

Hulusi Akar: “Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılmasına töhfə verməyə hazırıq”



Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycanla sərhəd bölgələrdə təxribatçı hərəkətlərini kəskin şəkildə pisləyib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

O, Ankaranın Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılmasında mümkün töhfə verməyə hazır olduğunu qeyd edib.

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Onlar bizim üçün qardaş xalqdır. Türkiyə Azərbaycanın tərəfində olub və olacaq”, - deyə Akar vurğulayıb.

Müdafiə qurumunun rəhbəri bildirib ki, Ermənistan tərəfi təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da absurd və əsassız hücumlarla çıxış edir.

“Tarixi hadisələr arxiv materiallarında aydın şəkildə əks olunur. Qərəzlilik heç bir nəticə verməyəcək”, - deyə o vurğulayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz