Axtarış...

"Həmin ərəfədə şəhidlərimiz oldu"



Məşhur aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuş ilə Star TV-də yayımlanan Demet Akalının və Alişanın aparıcılıq etdiyi verilişdə qonaq olub.

Teleqraf.com xəbər verir ki, cütlük "Demet və Alişan ilə sabah-sabah" verilişində etirafları ilə diqqət çəkiblər.

Xoşqədəm Hidayətqızı Doğuşun evlənmə təklif etməsindən danışıb:

"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi. Tədbir edirdik. Mən ilk dəfə Doğuş bəyi o zaman tanıdım.
Siyahıda bir çox müğənnilərin adı var idi. Amma dedim ki, Doğuş bəy gələcək. Mart ayına qədər onun bütün mahnılarını dinlədim. Doğuş bəylə uşaq evinə getdik, konsert verdi. Və altı ay sonra Doğuş bəy mənə evlilik təklif etdi.

Cavab verdim ki, mənim evlənmək fikrim yoxdur. Heç vaxt sənətçi ilə evlənəcəyim ağlımdan keçməmişdi. Doğuşla əks xarakterdə olan insanlarıq. Doğuş bəyin avqustda növbəti konserti var idi. Həmin ərəfədə şəhidlərimiz oldu. Doğuş bəy konserti təxirə saldı. Həmin vaxtlarda təklifinə müsbət cavab verdim. Doğuş bəy çox yaxşı insandır".

Doğuş isə "Arada Xoşqədəm xanımla yazışırdıq. Öncə yazdım ki, səninlə evlənmək istəyirəm. Sonra isə Azərbaycana konsertə gedəndə evlənmə təklif etdim"-deyib.

Əkiz oğlan atası olan Doğuş qız atası olmaq istədiyini də etiraf edib:

"Yenidən övladımın olmasını istəyirəm".

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arda və Arın adlı oğlu var.(Teleqraf.com)


"Həmin ərəfədə şəhidlərimiz oldu"

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz