Axtarış...

Tovuz səhiyyəsində bazar qaydaları - GİLEY

"Tovuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum evində ana olmaq istəyən qadınlara 400 manatdan başlayan qiymət təklif olunur. Ancaq hər zaman olduğu kimi bu məbləğ də son deyil". DİA.AZ bildirir ki, bu iddia sosial şəbəkələrdə paylaşılıb.

Daha sonra məlumatda deyilir: "Doğuş həkiminin sizə söylədiyi qiymətin real olmadığının şahidi olacaqsınız. Doğuşun çətinliyindən (keysəriyyə əməliyyatı) asılı olaraq və xəstəxanada qalma günlərinin sayı artdıqca sizə pul üçün uzanan əllər də çoxalacaq. Bu məbləğ isə növbə dəyişdikcə artacaq. Qaldığınız 3 gün müddətində sizə qulluq edən tibb bacıları, sanitarlar, qapı gözətçisinin dilində "şirinlik" sözləri və əllərinizə həsrətlə dikilən gözlərin şahidi olacaqsınız. Xəstəxanaya gələn hər bir yaxınınız belə qarşılanacaq, sizi və körpəni görmək üçün əlini cibinə salmalı olacaq. Digər məsrəflər - dərman, uşağın pampersi və digər ləvazimatlar da hesablandıqda məbləğ 600 manatadək gəlib çıxacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz