Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Əliyevlə bağlı dosye.org-a maraqlı məlumatlar daxil olub.
Belə ki, koronavirus pandemiyasi (COVİD-19) ilə bağlı sərt karantin rejimi ölkənin bir neçə rayonunda qalmaqallarla yadda qaldı. Dünyanı cənginə alan məlum virusla mübarizədə ölkəmiz qətiyyətlə mübarizə aparır və ölkə başçısının atdığı addım öz müsbət təsirini göstərir. Bu işdə bəzi icra başçılarının da müstəsna xidmətlərini vurğulamaq lazımdır. Əfsüslər olsun ki, prezidentin səlahiyyətli nümayindələrinin bir qismi isə öz şəxsi maraqlarının düşünərək, dövlət başçısının etibarından sui-istifadə etdikləri məlum oldu.
Xatırladaq ki, belə bir ağır durumda ölkə başçısı cənab İlham Əliyevin qəzəbinə tuş gələn icra başçıları xüsusi ilə öz çirkin əməllərin qurbanına çevrildilər. Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Ağdam RİH başçısı Vaqif Əliyevin adı bir müddət məlum rüşvət qalmaqalında hallansada sonradan məsələ məlum olmayan səbəblərdən qapandı. Əlbətdə ki, koronavurus pandemiyasından yaralanan icra başçıları sırasında Vaqif Həsənovun da adı hallanır. Bu istiqamətdə bəzi araşdırmalara ehtiyac olduğundan məlumatı tam yayımlamırıq.
Amma hazırki icra başçısının keçmişi ilə bağlı müəmma və qalmaqallar bununla bitmir. Belə ki, dosye.org olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc məlumatlarla rastlaşdıq. Məsələn, iddiaya görə Xəzər rayonunda icra başçısının müavini olarkən V.Həsənov MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlayıb. Bu fakt vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb. Həmin məlumata görə, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.
Növbəti yazılarımızda Vaqif Həsənovun Qaradağ RİH başçısının müavini vəzifəsindən uzaqlaşdırıldığı barədə tutarlı məlumatlar dərc ediləcək. Bizi izləməyi unutmayın… DOSYE.ORG