Axtarış...

Morqda "dirilib" xəstəxanada öldü





Rusiyanın Kursk şəhərində səhvən morqa göndərilən 81 yaşlı Zinaida Kononova xəstəxanada ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, avqutun 13-də qadın qarın ağrısı şikayəti ilə Mərkəzi Xəstəxanaya müraciət edib, əməliyyatdan sonra həkimlər xəstənin öldüyünü bildirərək meyitxanaya göndəriblər.

Lakin səhəri gün morq işçilərindən biri Kononovanın sağ olduğunu aşkarlayıb. "Dirilən" xəstə Kursk Regional Klinik Xəstəxanasına köçürülüb.

Həkimlər səhvi xəstənin sağ olub-olmadığını müəyyənləşdirmək üçün kifayət qədər dəqiq avadanlıqlarının olmamasıyla izah ediblər.

Vəziyyəti ağır olduğu üçün onun yenidən əməliyyat olunacağı planlaşdırırılırsa da, bu gün xəstənin öldüyü məlum olub.

Bu barədə jurnalistlərə Kononovanın qohumu bildirib.

Rusiya İstintaq Komitəsi və Regional səhiyyə komitəsi xalqın geniş etirazına səbəb olan hadisə ilə bağlı araşdırma aparır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz