Axtarış...

Gürcüstan Azərbaycana ixracı 15%-dən çox azaldıb


MilliTVaz

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 230,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixrac həcmində 15,3% azalma qeydə alınıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% payla qonşu ölkənin Çindən sonra ikinci əsas ixrac tərəfdaşı olub.



Şərh yaz