Deməlu şikayətim, Badamdar qəsəbəsində yerləşən CASPIAN INTERNATIONAL HOSPİTAL-dandır.
2 gün əvvəl övladım dünyaya gəldi(Allah hamıya qismət eləsin). 1 gün sonra dedilər ki, (daha dəqiq qorxudub panikaya saldılar) uşaqda sarılıq var hansı ki, əksər yeni doğulan uşaqlarda olur (dərəcəsi var onun da).
Teref.az yazır ki, şikayətçi Cavid Mikayılov şikayətini bu cümlələrlə başlayır. Daha sonra Cavid Mikayılov yazır:
Nə isə məsləhət gördülər ki, küvəzə qoyaq(tənəffüs və ya digər problemlə doğulan uşaqların qoyulduğu xüsusi aparatlardır. Hansı ki, uşaqlar burada müalicə alır, qidalanır və bu aparatlardakı xüsusi havalandırma-tənəffüs sistemi vasitəsi ilə normal inkişafa qaytarılır) razılaşdıq. Bir günü 120 AZN. Səhər zəng vurdum ümumi şöbəyə ki, bəs nə qədər xərcimiz olacaq indidən işimi bilim ona uyğun gəlim, ordakı “ağıllı” xanım dedi ki, 200-250 götürün də üstünüzdə.
Bugün getmişik övladımı ordan götürməyə, xəzinəyə yaxınlaşdım ki, bəs nə qədər edir ödənilməli məbləğ? 1-ci qayıtdı ki, körpənin anasının da borcu qalıb 1000 AZN, başımdan tüstü çıxdı. Dedim axı hələ doğuşa girməmişdən ödənişi etmişik. Dedi bağışlayın sistemə indi düşdü.
Lənət şeytana dedim. Sonra xanım qayıtdı ki, bəs körpəyə görə əlavə 287 AZN ödəməlisiniz. 2ci dəfə beynim error verdi. Dedim açıqlamasını verin baxım, yalandan özlərindən əlavə 80 AZN artıq yazıblar. (Neontaloji şöbədə 1 çarpayı günü) Səsimu atdım başıma, dedim çağır bura onu yazanı.
Dedi inid danışıram dəyişəcəklər məbləği.
Dedi ki, bəs səhv olub artıq yazılıb.
Dedim səhv olurdusa 287 yox 187 yazardı da.
Bilmədi nə desin. Dəyişdilər 207 AZN elədilər. Hələ o 207 AZN-in içindəkilər də artıq idi sadəcə körpəyə görə dərinə getmədim. Görün bunlar necə alçaq, şərəfsizdilər ki, qəsdən artıq yazırlar ki, bəlkə kimsə fikir verməz deyə. Burdan ora doğumla bağlı gedəcək olan ailələrə məsləhətim, ilk nöbvədə körpədə sarılıqla bağlı sizi qorxuzsalar da o qədər də ciddi səbəb deyil, çünki bütün körpələrdə olur.
2ci də çıxışda qiymətə məbləğə ciddi fikir verin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ölçü götürün bir zəhmət. Amma çətin.
Çünki elə problemlər ən 1cu sizin qurumdan başlayır!!