Axtarış...

"Corc Porter" BŞTİ-ni İTTİHAM ETDİ - "Corc,bizi qoyun yerinə qoyublar..."

"Corc Porter" BŞTİ-ni İTTİHAM ETDİ - "Corc,bizi qoyun yerinə qoyublar..."

Corc Porter adlı facebook istifadəçisinin təhsil ilə bağlı maraqlı açıqlamaları diqqətimizi cəlb etdi. Rubrika.Az olaraq açıqlamaları olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

"Maraqlı yazıdır,bütün gizli faktlar açıqlanır.
Şəkildə Ortadakı şəxs BŞTİ müdiri Rəşad müəllim,soldakı müavini İlhamə Abdullayevadır.Bu gün Rəşad müəllimə,müavinindən danışacam.
İlhamə xanımı çox istəyirəm,ama düzgünlüyü hamıdan çox istəyirəm.İlhamə xanım mikrafonu uzatsaq,yəqin düzgünlükdən danışar.Fikirləşdim ki,bir "kısmat" mən də danışım.
Bakı məktəblərinə adı elektron şəkildə olan,əslində rüşvətin tüğyan elədiyi şagird qəbulundan danışacam.
Məsələ necə olur:
Sözümə görə inciməyin,bədbəxt,faxır,arxasız direktorun tutaq ki,iki sinifi var.Hərəsinə 20 şagird lazımdır.(Rəqəmlər şərtdir)Bunu verir ki,iki sinif var,hərəsinə 20 şagird lazımdır,bu məqamda valideyn limit dolana kimi özü elektron şəkildə işini görür.Konsert 20-dən sonra başlayır.Bu məqamda xanım müavin devrəyə girir,valideyn işini idarə ilə görür.Əllərindədir,sistemdə necəsə edirlər,qırmızı işığı yox edib,şagird qəbulu edirlər.
Bir haşiyə çıxım,bir direktor necə əsəbləşibsə,deyir Corc,bizi qoyun yerinə qoyublar.Heç olmasa zəhrimara qalsın,edirsiniz,işimizi billək,biz də cəhənnəm,əlavə bir stol qoyaq,bilək ki,kimsə pul alıb,edib.Birdə görürük ki,işlərini görüblər,bəlkə elə oturmağa yer yoxdur,nə edəcəyik?
Direktor və İdarə iş birliyi
Bəzi direktorlar, "dembillər",yaxşı üsula əl atıblar,40 uşaq lazım deyil?Yazıb veriblər ki,35 uşaq,sonra o 5 uşaq da olur ,"pəpə",yağlı tikə".İdarədə danışırlar,valideyndən pul alınır,gedib danışılır.Müəyyən faizini verirlər.Sağolsunlar da ,bəziləri də vermək xasiyyətini tərgitmirlər..Pulu deyirəm,
Çox söz demək istəmirəm,xəbərçilik etmək istəmirəm.Məsələn desəm ki,.,Nərimanov Rayon məktəb lisey kompleksi,200 Nömrəli Məktəbə 3 min manata şagird qəbulu olub,pis oğlan olaram?İnanıram ki,xətrimə dəyməzlər."
Corc Porter //rublika.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz